Əsasını azərbaycanlı sürücülərin qoyduğu ənənə

Avtodünya 29 Mart 2024 12:29 Oxunub 258
Əsasını azərbaycanlı sürücülərin qoyduğu ənənə
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bayram günlərində bir mikroavtobusun radara yaxınlaşarkən qəza işıqlarını yandıraraq digər sürücüləri xəbərdar etməsinə dair video hamıya məlumdur. Sosial şəbəkə bu şəxsi qəhrəmanlaşdırdı. Bəs bu sürücü ilk və təkdirmi? Tarixə nəzər salaq.

1970-ci ildə keçmiş SSRİ-də Jiqulilərin kütləviləşməsi ilə sürət həvəskarlarının da sayı artır.  Təbii ki, sovet milisi də buna biganə qala bilməzdi. Yollarda DAM (Dövlət Avtomobil Müfəttişliyi, danışıqda QAİ) avtomobillərinin və səyyar radarların sayı artır. 
Azərbaycan SSR-də sürücülər çıxış yolu tapırlar. Məlum olmayan bir sürücü digərlərini işıq siqnalı ilə yoldakı sarı rəngli milis avtomobili ilə bağlı xəbərdar edir. Bu əməl tezliklə sovet Azərbaycanında ənənəyə çevrilir. Əlbəttə ki, məsələ DİN rəhbərliyinə xoş getmir. 
Azərbaycan SSR DİN-də işləyən bir polkovnik (rus mənbələrinə görə) bu antipodların (sovet cəmiyyətinin düşməni – müəl.) əməlini tənqid etmək üçün “Pravda” qəzetinə böyük bir məqalə göndərir. Lakin nəticə tam əksinə olur. 
Qəzet yayıldıqdan bir gün sonra bütün sovet məkanında sürücülər bir-birini bu yolla QAİ barədə xəbərdar etməyə başladılar. SSRİ 30 ildir mövcud olmasa da, ənənə bütün postsovet məkanında davam edir. Sadəcə olaraq məkan, zaman və ən əsası avtomobillər fərqlidir.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh