Məşhur avtomobil markası 20 ildən sonra ilk dəfə loqosunu dəyişdi - FOTO

Avtodünya 29 Mart 2024 17:00 Oxunub 436
Məşhur avtomobil markası 20 ildən sonra ilk dəfə loqosunu dəyişdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İtaliyanın “Lamborghini” şirkəti 20 ildən artıq müddətdə ilk dəfə olaraq “qəzəbli öküz” loqosunu dəyişib.

Bu barədə istehsalçının saytında məlumat verilir.

Yeni simvolikada öküz şəkli qalıb, lakin indi rəng sxemi baxımından daha minimalist olub. Ümumilikdə isə, loqo digər əsas xüsusiyyətlərini qoruyub saxlayıb: heraldik qalxan və yuxarı kənar boyunca brend adı. Eyni zamanda, rəsm daha yastı olub, çünki dizaynerlər relyeflərdən imtina etmək qərarına gəliblər.

Qeyd olunur ki, yeni “Lamborghini” loqosunun əsas rəngləri ağ-qaradır, əvvəlki sarı və qızılı isə çalar kimi qalıb.

 

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh