Sərxoş ərə görə arvad da sürücülük vəsiqəsindən məhrum oldu - FOTO

Avtodünya 29 Mart 2024 16:09 Oxunub 366
Sərxoş ərə görə arvad da sürücülük vəsiqəsindən məhrum oldu   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qeyri-adi hüquqi presedent Rusiyada baş verib. 

Avtosfer.az xəbər verir ki, Ali Məhkəmə sərxoş ərin avtomobil idarə etməsinə görə arvadı da cəzalandırıb. Həm də belə hallar dəfələrlə məhkəmə predmeti olub. 
Ümumi vəziyyət belədir: polis avtomobili saxladarkən sürücünün sərxoş olduğunu müəyyən edib. İş məhkəməyə gedəndə hakim kişi ilə yanaşı avtomobildə olan arvadın da sürücülük hüququnu 1 il müddətinə məhdudlaşdırıb və cərimə edib.  Məhkəmə qərarında göstərir ki, avtomobil arvadın adına olsa da, birgə mülkiyyət sayılır. Arvadın sərxoş ərinə avtomobili etibar etməklə qayda pozub. Avtomobil təhlükə mənbəyi olduğu üçün qadın da əri ilə birgə məsuliyyət daşıyır. 
Belə hallarda aşağı instansiya məhkəmələri oxşar qərarlar verib və əksər hallarda sürücülər qərardan narazı qalıb. Bu günlərdə isə Rusiya Ali Məhkəməsi aşağı instansiya məhkəmələrinin qərarını qanuni hesab edib.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh