Qəzaya düşmüş maşını səkiyə atıb yolu kəsdilər - ŞİKAYƏT - FOTO

Avtosfer Foto 26 Mart 2024 14:00 Oxunub 2528
Qəzaya düşmüş maşını səkiyə atıb yolu kəsdilər - ŞİKAYƏT - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qaraçuxur qəsəbəsində qəzalı vəziyyətdə yolun kənarına atılan avtomobil hərəkət iştirakçılarına maneə yaradır. Bu barədə sakinlər Avtosfer.az saytının qaynar xəttinə şikayət ünvanlayıb. Onlar bildirirlər ki, həmin avtomobil "Arena" marketin qarşısında piyadaların yolunu zəbt edib: "1 aydan artıqdır ki, gördüyünüz "VAZ 2106" markalı avtomobil bura atılıb. Əvvəllər qeydiyyat nişanı üzərində olsa da, sonradan onu da çıxartdılar. Avtomobil bura atıldığı üçün piyadalar səki ilə hərəkət edə bilmirlər" - deyə sakinlər bildirib.

Ümid edirik ki, aidiyyəti qurumlar tez bir zamanda həmin avtomobilin oradan götürülməsini təmin edəcək.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh