Avtosfer.az DYP ilə birgə Binəqədidəki piyadavurma hadisəsini araşdırdı - VİDEOREPORTAJ

Avtosfer TV 8 May 2024 16:42 Oxunub 864
Avtosfer.az DYP ilə birgə Binəqədidəki piyadavurma hadisəsini araşdırdı - VİDEOREPORTAJ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mayın 6-sı, saat 16:20 radələrində paytaxtın Binəqədi rayonu Cəfər Xəndan küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 77-XU-202 dövlət nömrə nişanlı, "Toyota Prius" markalı avtomobilin sürücüsü 1984-cü ilə təvəllüdlü Həsənov Orxan Aydın oğlu piyada keçidindən yolu keçməkdə olan 1953-cü il təvəllüdlü Həsənova Xoşqədəm Niftalı qızını vurub. Hadisə nəticəsində piyada ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, həyatını itirib.

Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli ilə birlikdə hadisə yerində olub və müşahidələr aparıb.

Hadisənin başvermə səbəbləri, ərazinin təhlili göstərir ki, sürücülər iki svetofor arasında sürət həddinə riayət etmir və piyada keçidinə çatdıqda sürəti azaltmırlar.

Elməddin Muradlı qeyd edib ki, bu cür hadisələrə əsas səbəb sürücülərin tələsməsi, yaxud sükan arxasında mobil telefon və digər işlərlə məşğul olmasıdır. Həmçinin ərazidə olan piyada keçidi nişanlarından birinin önünü “MedEra” hospitalının plakatı kəsir və sürücülər üçün görünüşü məhdudlaşdırır.

DYP rəsmisi isə bildirib ki, sürücülər yollarda diqqətli olmalı, qaydalara riayət etməlidirlər. Əks təqdirdə bu cür acı nəticələr qeydə alınır.

Ətraflı videomaterialda:

Orxan Əli

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh