Növbəsini gözləmədən yolayırıcına daxil olan sürücülər SÜNİ TIXAC yaradırlar - VİDEO

Avtosfer TV 29 Mart 2024 17:50 Oxunub 566
Növbəsini gözləmədən  yolayırıcına daxil olan sürücülər SÜNİ TIXAC  yaradırlar  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxt küçələrində günün müəyyən saatlarında tıxac qaçılmaz olur. Bunun bir səbəbi də qayda pozan sürücülərdir.  Xüsusilə yolayırıcında, işıqforun son saniyələrini gözləmədən hərəkət edənlər yolu iflic vəziyyətinə salır. Bu qaydanı pozan sürücülər bir neçə saniyə qabağa düşmək istəsələr də yolun ortasında ilişib qalır və digər nəqliyyat vasitələrinin də hərəkətinə əngəl törədirlər. 
Xatırladaq ki, bir neçə il öncə Bakı Nəqliyyat Agentliyinin (BNA) təşəbbüsü ilə bəzi küçələrdə bu qayda pozuntusunu tənzimləyən sarı zolaqlar çəkilmişdi. Belə ki, növbəsini gözləmədən hərəkət edən sürücülər həmin zolaqlarda dayandıqları zaman onlara cərimə tətbiq olunurdu. 
Lakin bu proses tam olaraq başa çatdırılmadı. Həmçinin bütün yolayrıclarına kameralarla nəzarət fiziki cəhətdən mümkün deyil.
İşıqlandırdığımız məsələylə bağlı sürücülərdən biri sosial sosial şəbəkələrdə video paylaşıb. 
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz mənzərə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, bəzi sürücülər işıqforu gözləmədən yolayırıcına daxil olublar. Hətta qayda pozanların bir neçəsi piyada keçidinin üzərində dayanıblar. Nəticədə onlar həm sürücülərin, həm də piyadaların hərəkətinə maneə yaradıblar.
Ümid edirik ki, tıxaca səbəb olan sürücülər az da olsa məsuliyyət hiss edəcək və xoşagəlməz mənzərələr yaranmayacaq.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh