Yol kəsişməsində dəhşətli qəzanın VİDEOsu

Avtosfer TV 24 Mart 2024 20:20 Oxunub 7512
Yol kəsişməsində dəhşətli qəzanın VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə dəhşətli yol qəzasının görüntülər yayımlanıb. Avtosfer.az xəbər verir ki, hadisə Kandada təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Kadrlarda, sağ yolda minik avtomobilinin sürətlə hərəkət etdiyi və eyni zamanda sol yoldan çıxan pikapla toqquşduğu görülür. 


Zərbənin təsirindən hər iki avtomobil dayanmış sərnişin avtobusuna çırpılır və yanğın baş verir. Bundan əlavə, qəza zamanı yolu keçmək istəyən iki piyada da xəsarət almaqdan son anda xilas olur.
Bildirilir ki, hadisə nəticəsində pikapın sürücüsü ilə avtomobil sürücüsü və sərnişini xəsarət alıb. 
Yerli polisin məlumatına görə, hadisəyə sağ yolda sürətlə hərəkətdə olan minik avtomobilinin işıqforun qırmızı işığından keçməsi səbəb olub.

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh