Mühərrik soyuq halda niyə silkələnir? – SƏBƏB 

Avtoxəbər 8 May 2024 17:28 Oxunub 308
Mühərrik soyuq halda niyə silkələnir? – SƏBƏB 
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Belə bir hal adətən dizel mühərriklərdə müşahidə edilir: mühərrik işə salındıqda bir neçə dəqiqə çox güclü şəkildə silkələnir. Lakin temperatur təxminən 40 dərəcə Selsiyə çatdıqda silkələnmə azalır. 

Avtosfer.az xəbər verir ki, bu cür nasazlıq baş verdikdə ustaların ilkin diaqnozu mühərrikin yastıqlarının sıradan çıxması göstərilir. Çox vaxt yastıqlar dəyişdikdə də ciddi nəticə əldə edilmir. Çünki yastıqların sıradan çıxması səbəb yox, nəticədir. 


Əgər Dizel mühərrik soyuq vaxtı çox güclü silkələnərək sonradan sakitləşirsə, bu, kompressiyanın aşağı olmasının göstəricisidir. Mühərrik qızdıqca kompressiya da artır və silkələnmə azalır. Kompressiyanın azalma səbəbi porşendəki halqaların yeyilməsidir. Bunu da aradan qaldırmaq bahalı prosedurdur.\

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh