Bakıda iki məşhur restoran söküləcək – “Çanaqqala” və “Şuşa”nın yerində park olacaq - İDDİA

Gündəm 8 May 2024 16:55 Oxunub 7772
Bakıda iki məşhur restoran söküləcək – “Çanaqqala” və “Şuşa”nın yerində park olacaq - İDDİA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtdakı iki məşhur restoran sökülür. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu barədə Təbriz küçəsində yerləşən “Çanaqqala” və “Şuşa” restoranlarına xəbərdarlıq olunub.

Yeni plana əsasən, iaşə obyektlərinin ərazisində yaşıllıq zonası salınacağı iddia edilir. İddiaya görə obyektlərə bir müddət – ilin sonuna qədər möhlət verilib.

Hər iki restorana məsələ ilə bağlı müraciət etdik. "Şuşa" restoranının rəhbərliyi xəbərdarlıq olunması məlumatını Avtosfer.az-a təsdiqlədi. Qeyd edildi ki, ilin sonunda fəaliyyətlərini dayandırmalı olacaqlar. "Çanaqqala" restoranından isə saytımıza bildirildi ki, obyekt sökülməyəcək, fəaliyətinə davam edəcək.

Bakı Şəhər İcra Hakimiyyəti isə məsələdən xəbərsizdir.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh