Nazir sabiq rəisə yeni vəzifə verdi: Polkovnik özünə xidməti maşın aldı - FOTO

Gündəm 29 Mart 2024 16:27 Oxunub 280
Nazir sabiq rəisə yeni vəzifə verdi: Polkovnik özünə xidməti maşın aldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin sabiq rəisi, tibb xidməti polkovniki Pərviz Vəliyevə yeni vəzifə verilib. 

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Pərviz Vəliyev FHN-in Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunda maarifləndirmə məsələləri üzrə direktor müavini təyin edilib. O, artıq yeni vəzifəsində fəaliyyətə başlayıb.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. 

Pərviz Vəliyev yeni işinə gedib-gəlmək üçün şəxsi vəsaiti hesabına 50 min manata avtomobil də alıb. Halbuki sabiq rəis illərlə dövlətin mənzil-kirayə pulundan da yararlanıb. Polkovnik qeyri-qanuni olaraq illik FHN-dən 6900 manat kirayə pulu alıb. Uzun illər yüksək vəzifə tutan Pərviz Vəliyev Bakıda və rayonlarda kifayət qədər böyük biznesə, mülklərə malikdir.

Xatırladaq ki, Pərviz Vəliyev ötən ilin dekabrında FHN-in Tibb Xidmətinin rəisi vəzifəsindən azad edilib. Onun anası Məhbubə Vəliyeva ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının müdiridir. O, nazirin həyat yoldaşı Ruhəngiz Heydərova ilə birgə hazırladıqları “Biyan” adlı dərman preparatı müəssisəsinə sahibdir. Onlar hazırda biyan əsasında milli və 60 xarici ölkədə patentin sahibidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh