Bakıda ŞOK HADİSƏ: Taksiyə saxta pul verib qalığını aldı - VİDEO

Hadisə 29 Mart 2024 17:20 Oxunub 760
Bakıda ŞOK HADİSƏ:  Taksiyə saxta pul verib qalığını aldı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sərnişin kuryeri aldadaraq ona saxta pul verib.
Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl axşam saatlarında paytaxtda qeydə alınıb. Şikayətçinin sözlərinə görə, o, “Kia Rio” markalı avtomobillə hərəkətdə olarkən bir nəfər yolüstü onu gedəcəyi ünvana çatdırmasını xahiş edib. Sürücü kuryer olaraq işləsə də, piyadanın xahişini nəzərə alıb və onu 5 manat müqabilində “28 May” metrostansiyası yaxınlığına aparmağa razılaşıb. 
Düşən zaman sərnişin sürücüyə xırda pulunun olmadığını deyərək 20 manat verib. Kuriyer isə qalıq olaraq sərnişinə 13 manat qaytarıb. Bir müddət sonra yanacaqdoldurma məntəqəsinə yaxınlaşan sürücü pulun saxta olduğunu öyrənib. 
Qeyd edək ki, zərərçəkmiş hadisəylə bağlı məlumatı sosial şəbəkə hesabında paylaşıb və insanlara diqqətli olmalarını bildirib.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh