Gəncədə kanalizasiya xətti çəkilən zaman dağılan yollar hansı problemləri YARADIB? – VİDEO

Hadisə 8 May 2024 16:25 Oxunub 204
Gəncədə kanalizasiya xətti çəkilən zaman dağılan yollar hansı problemləri YARADIB? – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncədə yağan yağışlar şəhərin Mahrasa Bağı qəsəbəsində ciddi problemlər yaradıb. 

Avtosfer.az xəbər verir ki, yaşayış massivində 13 saylı binanın qarşısında su və kanalizasiya xəttləri üçün qazılan xəndəyə düşən avtomobili oradan çıxarmaq böyük çətinliklə mümkün olub.

Binanın sakinlərinin sözlərinə görə, ərazidə qazıntı işlərini həyata keçirən MAGRO şirkətinin əməkdaşları basırılmış boruların üzərini yalnız torpaqlamaqla kifayətlənirlər:

“Əlbəttə, əraziyə yeni su və kanalizasia xətlərinin çəkilməsi çox yaxşı haldır. Lakin bütün qəsəbəinin onsuz da bərbad olan yollarını keçilməz hala salıblar. Davamlı yağan yağışlar da torpağı yuyub, çökməsinə səbəb olur. Bu problemi necəsə həll etmək lazımdır ki, əhali avtomobillə və piyada gedib gələndə əziyyət çəkməsin”.

Məsələ ilə bağlı MAGRO şirkətindən şifahi olaraq bildirilib ki, qeyd olunan Mahrasa Bağı qəsəbəsində xətlərin çəkilişinə yeni başlanılıb və tədbirlər planına uyğun olaraq həmin ərazidə işlər yekunlaşan kimi oranın asfaltlanması işləri yerinə yetiriləcək.
 

 


(bizim.media)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh