Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - FOTO - VİDEO

Hadisə 8 May 2024 17:37 Oxunub 174
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir neçə gün ərzində həyata keçirilən əməliyyatlar zamanı paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb. Həmin şəxslərdən 5 kiloqrama yaxın heroin, tiryək və psixotrop tərkibli metadon həbləri aşkarlanıb.

Avtosfer.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, idarə əməkdaşlarının apardıqları profilaktik tədbirlər zamanı isə 5 “Kalaşnikov” avtomatı, 3 ov tüfəngi, 5 daraq və 81 ədəd patron vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib. Mülki axtarışda olan 18,  müxtəlif cinayət törətdikləri üçün barələrində axtarış elan edilən 8 şəxs saxlanılıb.

Soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışına qarşı keçirilən tədbirlər zamanı 8 obyektdən xəsarət yetirmək təyinatına malik satışı nəzərdə tutulan 312 ədəd bıçaq aşkar olunaraq götürülüb.

Aşkar olunan faktlarla araşdırmalar davam etdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh