"Sədərək Yusif"in oğlunun evindən oğurluq edənin cəzası azaldılıb

Hadisə 8 May 2024 18:09 Oxunub 186
"Sədərək Yusif"in oğlunun evindən oğurluq edənin cəzası azaldılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən 803 min manatlıq oğurluq etməkdə ittiham olunan Ruzan Cabbarovanın barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Təqsirləndirilən şəxsin vəkili Rəsul Cəfərov çıxışı zamanı Ruzan Cabbarovaya elan olunmuş Cinayət Məcəlləsinin 177.4 (oğurluq-xüsusilə külli miqdarda) maddəsi ilə özünü təqsirli bilmədiyini deyib. İttihamın 177.3.2 (oğurluq-külli miqdarda) maddəsi ilə tövsif olunmasını istəyib. Bundan başqa, onun vurduğu ziyandan 317 min manatı təhvil verdiyini deyib.

Vəkil ittihamda rəqəmin şişirdildiyini qeyd edib.

Qərara əsasən, təqsirləndirilən Ruzan Cabbarovanın cəza müddəti 1 il azaldılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruzan Cabbarova 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ruzan Cabbarova Orxan Qədimbəlinin İçərişəhərdə yerləşən evində xadimə işləyib.

İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus olan qızıl-zinnət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə Oxran Qədimbəyli və Fəridə Qədimovaya 803 min 118 manat ziyan vurub.

Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, istintaqa verdiyi ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinnət əyşları və nağd pul oğurlayıb. Həmin ziyan da 217 min manat olub və apardığı əşyları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.

Daha sonra işin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Ruzan Cabbarovanın göstərdiyi yerdən həmin əşylar tapılaraq sahiblərinə qaytarılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh