Şəhərin mərkəzində avtobus qəfildən tüstüləndi, sərnişinlər düşürüldü - RƏSMİ AÇIQLAMA - VİDEO

Hadisə 8 May 2024 14:50 Oxunub 366
Şəhərin mərkəzində avtobus qəfildən tüstüləndi, sərnişinlər düşürüldü   - RƏSMİ AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nəsimi rayonu Şəmsi Bədəlbəyli küçəsində avtobus anidən tüstülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 8-də səhər saatlarında Bakı Musiqi Akademiyasının qarşısında qeydə alınıb. Belə ki, 79 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu hərəkətdə olarkən anidən tüstülənməyə başlayıb. Bu zaman sürücü nəqliyyat vasitəsini saxlayıb və sərnişinləri düşürüb.

Daşıyıcı şirkətin mətbuat katibi Nizam Rzayev hadisəylə bağlı Avtosfer.az-a açıqlama verib. O bildirib ki, avtobusda yanğın qeydə alınmayıb: “Əyləc sistemində yaranmış texniki nasazlıq səbəbindən tüstülənmə baş verib və texniki müdaxilə edilərək nasazlıq dərhal aradan qaldırılıb”.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh