Zərdabda şəxsdən heroin aşkarlanıb

Hadisə 27 Aprel 2024 10:06 Oxunub 188
Zərdabda şəxsdən heroin aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şahhüseynli kənd sakini Asif Eminov saxlanılıb.

Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, həmin şəxsdən narkotik vasitə olan heroin aşkarlanıb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, A.Eminov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh