Nəzarətsiz qalan uşaq eskalatorda ilişdi: Həyəcanlı anlar - VİDEO

Xəbərlər 29 Mart 2024 16:14 Oxunub 232
Nəzarətsiz qalan uşaq eskalatorda ilişdi: Həyəcanlı anlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Novosibirsk şəhərində qorxulu anlar yaşanıb. Belə ki, ticarət mərkəzində valideynlərinin əlini buraxıb qaçan qız eskalatorun pillələrinə ilişib.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Videodan görünür ki, uşağın ağlamaq səsinə qaçan ata eskalatoru aşağıda saxlamaq istəsə də, bacarmır. Bundan sonra o, sürətlə pilləkənləri yuxarı çıxmağa başlayır.

Buna qədər isə ticarət mərkəzində mağazalardan birinin satıcısı cəld özünü yetirir və eskalatoru saxlayaraq, uşağı xilas edir. Kadrlarda özünü itirən atanın satıcıya təşəkkür etmədən getdiyi görünür.

Məlumatlara görə, uşaq xəsarət almayıb.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh