Şahdağa qar yağdı - Daşkəsənə dolu DÜŞDÜ - FAKTİKİ HAVA

Xəbərlər 8 May 2024 16:01 Oxunub 182
Şahdağa qar yağdı - Daşkəsənə dolu DÜŞDÜ - FAKTİKİ HAVA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mayın 8-i saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Avtosfer.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Şahbuz, Ordubad, Gədəbəy, Daşkəsən, Şirvan, Qobustan, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Balakən, Şəki, Qax, Altıağac, Xaltan, Qrız, Qusar, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabiarabad, Salyan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada yağış, Şahdağda zəif qar yağıb.

 

Daşkəsəndə saat 12:50-12:51 radələrində diametri 10 mm olan dolu düşüb.

Şəki, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da 13-18, Ordubadda 24, Aran rayonlarında 22, dağlıq rayonlarda 13 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 0 dərəcəyə yaxın olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh