“Türk Hava Yolları” 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Xəbərlər 29 Mart 2024 14:18 Oxunub 218
“Türk Hava Yolları” 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Türk Hava Yolları” təhlükəsizlik vəziyyəti ilə əlaqədar 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib.

Avtosfer.a-ın məlumatına görə, bu barədə Liviyanın "Al Wasat" informasiya portalı xəbər yayıb.

Məlumata görə, aviaşirkətin ilk təyyarəsi Tripolinin Mitiqa beynəlxalq hava limanına enib. Liviya Milli Birlik Hökumətinin nəqliyyat naziri Məhəmməd əl-Şahubi bu münasibətlə keçirilən mərasimdə çıxış edərək, “Türk Hava Yolları”nın uçuşlarının bərpasının “digər beynəlxalq hava yolları üçün ümidverici addım” olduğunu bildirib.

Türkiyə şirkəti Liviyanın digər şəhərlərinə - Misurat və Benqaziyə də uçuşları bərpa etmək niyyətindədir.

Report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh