Ekspert taksi ilə bağlı yeni detalları AÇIQLADI - VİDEO

Öyrənək 29 Mart 2024 15:29 Oxunub 3002
Ekspert taksi ilə bağlı yeni detalları AÇIQLADI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər veridiyimiz kimi taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq edilib.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı taksi fəaliyyəti ilə bağlı qəbul edilmiş qərardan irəli gələn bəzi məsələləri sadə formada izah edib.

O, bildirib ki, Nazirlər Kabinetinin qərarında konkret olaraq taksilərin ağ və qırmızı rəng olması göstərilib: “Bu qərar iyulun 1-dən qüvvəyə minəcək və dünən açıqlanan məlumatlarda bir daha göstərildi ki, aprelin birindən iyulun birinə qədər mövcud olan taksi avtomobilləri ilə sürücülər müraciət etsələr, AYNA tərəfindən onlara taksi buraxılış kartı veriləcək.”

Elməddin Muradlı qeyd edib ki, rəng məsələsində heç bir problem yoxdur. “Hal hazırda 15  ili tamam olmayan istənilən rəngli maşın üçün AYNA-ya müraciət edib, kart almaq mümkündür. Həmçinin 141 Qaynar xəttinə zəng edib suallarınızı ünvanlaya bilərsiniz. Sizi ətraflı şəkildə məlumatlandıracaqlar”.

Ekspert iyulun birindən sonra nə olacağı sualına da aydınlıq gətirib. “Heç bir problem olmayacaq. Yəni avtomobilin hər hansı rəngdə, texniki parametrlərinə uyğun olaraq taksi kimi qeydiyyatdan keçirib, taksi buraxılış kartı aldığınız nəqliyyat vasitəsilə həmin nəqliyyat vasitəsinin istismar müddəti 15 ili tamamlayana qədər taksi sürə bilərsiniz. Çox güman ki, bu istiqamətdə yerli istehsala üstünlük veriləcək. Çünki Azərbaycanda da bir neçə avtomobil zavodu var. Növbətisi Hacıqabul rayonu ərazisində, Ələt iqtisadi zonasında tikilir. Çox güman ki, bu qərar ona yönəlib ki, yerli istehsala təkan verilsin”.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh