Birbaşa üçüncü zolağa daxil olan sürücü təhlükəli anlar yaşatdı - VİDEO

Qaydalar 22 Mart 2024 15:50 Oxunub 8320
Birbaşa üçüncü zolağa daxil olan sürücü təhlükəli anlar yaşatdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda manevr qaydasını kobud şəkildə pozan sürücü qəza şəraiti yaratdı. Avtosfer.az xəbər verir ki, hadisə martın 19-da, paytaxtın hava limanı yolunda baş verib. Belə ki, 99-DN-673 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilin sürücüsü yola çıxan zaman birbaşa üçüncü zolağa daxil olub. Nəticədə görüntünü qeydə alan avtomobilə təhlükəli anlar yaşadıb.

"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, sağa dönən sürücü ən sağ zolağa manevr etməlidir. Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh