Hava limanı yolunda özünü maşınların qarşısına atan qadınla bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB - VİDEO

Qaydalar 25 Mart 2024 14:40 Oxunub 5332
Hava limanı yolunda özünü maşınların qarşısına atan qadınla bağlı DİN-dən AÇIQLAMA  - YENİLƏNİB  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Suraxanı rayonunda yolun hərəkət hissəsinə keçməklə təhlükə yaradan şəxsin əməlləri ilə bağlı yayılan görüntülər araşdırılıb. 

DİN-in mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı bildirib ki, görüntüdə əks olunan qadının şəxsiyyəti məlumdur. Onun tüfeyli həyat tərzi sürən şəxs olması müəyyən olunub və barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.

***

Bakıda avtomobil yoluna çıxan qadının təhlükə saçan hərəkətlərini velosiped sürücüləri kameraya çəkiblər. Avtosfer.az xəbər verir ki, hadisə hava limanı yolunda baş verib. Belə ki, velosiped sürücüləri sözügedən yolda hərəkət edən zaman bir qadının yolun ortasında olduğunu görərək onun hərəkətlərini müşahidə etməyə başlayıblar. Məlum olub ki, o, özünü avtomobillərin önünə atmağa çalışıb. Sürücülər onu yoldan çıxartmağa çalışsalar da, qadın yenidən yola qayıdaraq öz əməlindən əl çəkməyib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin qadının ruhi xəstəliyi var.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh