“Kubinka”da “BMW” ilə “drift şou”su göstərən sürücü piyadalara təhlükə yaratdı - VİDEO

Qaydalar 8 May 2024 12:43 Oxunub 292
“Kubinka”da “BMW” ilə “drift şou”su göstərən sürücü  piyadalara təhlükə yaratdı    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda avtoxuliqanlıq edən gənc sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün öncə səhər saatlarında “Kubinka” adlanan ərazidə qeydə alınıb. Hərəkətdə olan 10-OO-557 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edib. Belə ki, videonu çəkən şəxs “şou” göstərən sürücüyə yenidən “drift” etməsini deyir. Bu zaman sürücü yenidən manevr edərək piyadalara və park edilmiş maşınlara təhlükə yaradır. Daha sonra isə heç nə olmamış kimi yoluna davam edir. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh