“Prius”la səkini zəbt edən sürücü piyadaların yolunu kəsib qəzəbləndirdi - VİDEO

Qaydalar 8 May 2024 17:15 Oxunub 480
“Prius”la səkini zəbt edən  sürücü piyadaların yolunu kəsib qəzəbləndirdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nəsimi rayonu Rəsul Rza küçəsində qayda pozan sürücü piyadaların yolunu kəsib.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz mənzərə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, 77-EX-480 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü dayanma-durma qaydalarını pozub. Qayda pozan sürücü maşını yaşayış binasının girişində park edərək piyadalara əngəl törədib. Nəticədə səkiylə hərəkət edən piyadalar avtomobil yoluna çıxmalı olublar. Bu isə həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradıb.
Xatırladaq ki, bu xəta İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, 20 manat məbləğində cəriməylə nəticələnir. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh