Betonqatışdıran mikroavtobusla toqquşdu: 8 ölü, 2-si ağır olmaqla 11 yaralı - VİDEO

Qəzalar 6 May 2024 18:09 Oxunub 23214
Betonqatışdıran mikroavtobusla toqquşdu:  8 ölü, 2-si ağır olmaqla 11 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Qaziantep şəhərində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 6-da İslahiyə rayonunda qeydə alınıb.

Məlumata görə, betonqatışdıran maşını idarəetmədən çıxaraq əks yola keçib və qarşı yoldan gələn sərnişin mikroavtobusu ilə toqquşub.

Zərbənin şiddətindən mikroavtobus deformasiyaya uğrayıb. Nəticədə 8 nəfər ölüb, 2-si ağır olmaqla ümumilikdə 11 nəfər xəsarət alıb. Yaralılar hadisə yerinə cəlb edilən ambulanslarla yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Bildirilir ki, mikroavtobusda olan sərnişinlərin əkəsriyyəti məktəbli olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh