Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya düşdü - XƏSARƏT alanlar var - YENİLƏNİB

Qəzalar 8 May 2024 17:57 Oxunub 312
Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya düşdü  -  XƏSARƏT  alanlar var  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Goranboyda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb”.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

O, qeyd edib ki, hadisə “Niva” və “QAZel” markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Qəzada xəsarət alan olmayıb.

15:12

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bu hadisə rayonun İrəvanlı kəndində qeydə alınıb. Hərəkətdə olan "QAZel"markalı mikroavtobusla “Niva” markalı minik maşını toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub. Mikroavtobusun fəhlələri apardığı bildirilir.

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh