BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ

Yol polisi 8 May 2024 13:25 Oxunub 330
BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Avtosfer.az həmin müraciəti təqdim edir:

“Hazırda respublika ərazisində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, qəza riskini də artırır. Təəssüf ki, edilən xəbərdarlıqlara baxmayaraq yolların sürüşkənliyinin, məhdudiyyətli görünmənin və digər kritik hava şərtlərinin nəzərə alınmaması səbəbindən son iki gündə 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə iki nəfər həlak olub, bir nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını mövcud hava şəraitini nəzərə alaraq daha məsuliyyətli olmağa, yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır. Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də dövlət nömrə nişanlarının təmizliyinə nəzarət etməli, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar. Unutmaq olmaz ki, su gölməçələri şinlərin yerlə təmasını azaldır ki, bu da avtomobilin sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırır”, - deyə idarədən bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh