Qusar polisi məktəblilərlə görüşüb - FOTO

Yol polisi 26 Aprel 2024 19:39 Oxunub 262
Qusar polisi məktəblilərlə görüşüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Yasab kənd tam orta məktəbində keçirilən tədbirdə polis əməkdaşları, məktəbin pedaqoji heyəti, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.

Avtosfer.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisinin əməliyyat işləri üzrə müavini, polis polkovnik-leytenantı  Ceyhun Osmanov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.

Daha sonra  “Narkomaniyaya yox deyək”  mövzusunda çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru Ramik Nəzərov narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkomaniyanın cəmiyyətin problemi olduğunu qeyd edib. O, Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb.

Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə inspektoru Ülviyyə Çingizzadə, məktəblilərə dövlət və dövlətçilikdən bəhs edərək, onlara sağlam gələcək naminə təhsillərinə daha çox diqqət ayırmalı olduqlarını bildirib.

Yekunda mövzular ətrafında məktəblilərin sualları cavablandırılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh