Sabirabadda məktəblilər polisin qonağı olublar - FOTO

Yol polisi 29 Mart 2024 14:38 Oxunub 250
Sabirabadda məktəblilər polisin qonağı olublar   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabirabadda yuxarı sinif şagirdləri Rayon Polis Şöbəsinə qonaq gələrək əməkdaşların xidmətləri ilə yaxından tanış olublar. 
Görüşün əvvəlində inzibati binanın sıra meydanında məktəblilərə polis şöbəsinin müxtəlif xidmətlərinə təhkim olunmuş xidməti avtomobillər, xüsusi texniki vasitələr və avadanlıqlar nümayiş etdirilib. Qonaqlara geniş məlumatlar verilib, xidməti ərazidə ictimai təhlükəsizliyin və ictimai-asayişin təmin olunması barədə görülən işlərdən danışılıb.
Daha sonra şöbənin inzibati binasında davam edən tədbirdə məktəblilər konfrans zalı, dərs və xidməti otaqlarla tanış olublar, növbətçi hissənin iş prosesini izləyiblər. İzah olunub ki, burada polis edilən müraciətlərə təxirəsalınmaz və operativ şəkildə yanaşılır, onlara baxılması üçün lazımi tədbirlər görülür.
Bu tanışlıq məktəblilər tərəfindən böyük maraqla qarşılanıb və onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh