Bakıda "protiv" çıxan sürücü qatarın altına düşməkdən son anda xilas oldu - VİDEO

Avtosfer TV 6 May 2024 12:24 Oxunub 4470
Bakıda "protiv" çıxan  sürücü qatarın altına düşməkdən son anda xilas oldu   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nizami rayonu Davud Aslan küçəsində kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 2-si saat 10:52 radələrində qeydə alınıb. Belə ki, 99-MK-219 dövlət nömrə nişanlı “Mercedes Viano” markalı avtomobilin sürücüsü əks itiqamətli yola çıxaraq hərəkət edir. O, digər nəqliyyat vasitələrindən fərqli olaraq dəmiryolu keçidinə çatanda növbəsini gözləmir. Siqnal səsinə və şlaqbauma əhəmiyyət verməyən sürücü qatar keçdikdən dərhal sonra yoluna davam edir.
Qeyd edək ki, dəmiryol keçidlərində sıx-sıx yol qəzaları baş verir. Buna səbəbkar isə adətən avtomobili idarə edən sürücülər olur.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinə əsasən, sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, işıqforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməlidir. İşıqforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda dəmiryol keçidinə daxil olmaq qadağandır. 
Qorunmayan dəmir yolu keçidlərində sürücü avtomobili birinci relsə azı 10 metr qalmış saxlamalı, qatarın olmamasına əmin olmalı və sonra hərəkətə davam etməlidir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh