"BMW" sürücüsü təhlükəli vəziyyət yaratdı: Yol polisindən qaçırmış? - DYP-dən AÇIQLAMA - VİDEO

Avtosfer TV 6 May 2024 16:26 Oxunub 4222
"BMW" sürücüsü təhlükəli vəziyyət yaratdı:  Yol polisindən qaçırmış? - DYP-dən AÇIQLAMA  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda BMW markalı avtomobilin sürücüsü təhlükəli qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Vüsal Cəfərov adlı vətəndaş video paylaşıb.

Videoda sürətlə hərəkət edən sürücünün dairəvi yolayrıcını keçmə qaydalarını pozduğu görünür. Bu zaman o, idarəetməni itirir və qarşı yola çıxaraq digər hərəkət iştirakçıları üçün təhlükəli anlar yaşadıb.

Hadisə Bakıda Qafur Murad küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.

Sürücünün DYP əməkdaşlarından qaçdığı idda olunur.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, görüntü ilə bağlı araşdırmalara başlanılıb:

“BMW markalı nəqliyyat vasitəsinin sürücüsünün kobud şəkildə yol hərəkəti qaydalarını pozaraq həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atmasını əks etdirən görüntü ilə əlaqədar tərəfimizdən araşdırma aparılır”.

Həmin görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh