AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Gündəm 26 Aprel 2024 16:25 Oxunub 174
AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

26 aprel 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL Buxarest və Sofiya şəhərlərinə reyslərə xüsusi qiymətlərlə aviabiletlərin satışına başlayıb.
 
Aviaşirkət Bakı-Buxarest-Bakı və Bakı-Sofiya-Bakı marşrutları üzrə aviabiletləri bir tərəfə 169 avro, hər iki istiqamətdə isə 300 avroya təklif edir. Buxarest-Bakı-Buxarest marşrutu üzrə biletlərin qiyməti bir tərəfə 155 avro, gediş-dönüş biletlərinin qiyməti isə 300 avrodur. Sofiya-Bakı-Sofiya marşrutunu seçən sərnişinlər bir tərəfə 153 avroya, hər iki istiqamətdə isə 300 avroya aviabilet əldə edə bilərlər.
 
Təklif çərçivəsində 10 kq-a qədər əl yükünün daşınması mümkündür. Xüsusi tariflər yüksək tələbat dövrlərində keçərli deyil.
 
Qeyd edək ki, AZAL Rumıniyanın paytaxtı Buxarestə uçuşlara həftədə iki dəfə, bazar ertəsi və cümə axşamları olmaqla iyunun 3-dən başlayacaq. Bolqarıstanın paytaxtı Sofiyaya isə reyslər iyunun 7-dən həftədə iki dəfə — çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
 
Xüsusi qiymətlərdən yararlanaraq Avropanın ən gözəl şəhərlərindən olan Buxarest və Sofiyanı ziyarət etmək fürsətini qaçırmayın!
 
Aviabiletləri rəsmi https://www.azal.az/az/ saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh