Bunu edənlər 1000 mantdan 1500 manatadək cərimələnəcək

Gündəm 6 May 2024 19:39 Oxunub 230
Bunu edənlər 1000 mantdan 1500 manatadək cərimələnəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Məcəlləyə əsasən, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı olmadan inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunması da Məcəllənin 376-cı maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 376-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materiallarının mediada yayımlanmasına görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh