Kürdəmirdə küçə və prospektləri su basdı - VİDEO

Gündəm 6 May 2024 21:45 Oxunub 228
Kürdəmirdə küçə və prospektləri su basdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kürdəmirdə yağan güclü yağış sürücü və piyadalara çətinliklər yaradıb. Avtosfer.az xəbər verir ki, ötən gün gecə saatlarında başlayan leysan bir neçə küçə və prospektdə avtomobillərin hərəkətinə maneə törədib.

Belə ki, bu hal rayonun Bakı və Heydər Əliyev prospektlərində, eləcə də Xanlar Səfərəliyev, Şəhriyar küçələrində özünü daha çox büruzə verib. Yağış suları istər avtomobillərin, istərsə də piyadaların hərəkətinə əngəl yaradıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh