ABŞ-nin 10 milyonluq "Abrams" tankları 500 dollarlıq PUA-larla vurulur - VİDEO

Xəbərlər 26 Aprel 2024 15:14 Oxunub 164
ABŞ-nin 10 milyonluq "Abrams" tankları 500 dollarlıq PUA-larla vurulur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiya Silahlı Qüvvələri son iki ay ərzində ABŞ tərəfindən Ukrayna ordusuna təhvil verilmiş 31 ədəd "M1A1 Abrams" tankından beşini sıradan çıxarıb.

Avtosfer.az xəbər verir ki, bunu "The New York Times" (NYT) qəzeti yazıb.

Nəşrin yazdığına görə, Rusiya ordusunun istifadə etdiyi PUA-ların təxmini qiyməti 500 dollardır. ABŞ istehsalı olan və vurulan bir "Abrams" tankının qiyməti isə 10 milyon dollardır.

Bu, bütün genişmiqyaslı münaqişə zamanı Ukrayna tərəfinin itirdiyi tankların ümumi sayının kiçik bir hissəsidir. İtkilərin əksəriyyəti sovet dövründə və Ukrayna istehsalı olan texnikalarla bağlıdır. NATO-nun verdiyi 140-a yaxın tank, o cümlədən 30 ədəd "Leopard" da hədəflər içindədir. 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2022-ci ilin fevralından Silahlı Qüvvələr 15,8 min Ukrayna tankını və digər zirehli texnikasını sıradan çıxarıb. 

baku.ws

ŞƏRH YAZ
Ad

E-mail

Şərh