Azərbaycan Ordusunda qəsdən adam öldürmə və intihar hadisələri azalıb

Xəbərlər 26 Aprel 2024 16:24 Oxunub 182
Azərbaycan Ordusunda qəsdən adam öldürmə və intihar hadisələri azalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb”.

Avtosfer.az xəbər verir ki, bu barədə baş prokurorun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında məlumat verib.

Xanlar Vəliyev xüsusi vurğulayıb ki, keçən ilin birinci rübü ilə müqayisədə bu ilin eyni dövründə qeydə alınan qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 40 faiz azalıb, qəsdən adam öldürməyə cəhd cinayətləri isə, ümumiyyətlə, qeydə alınmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh