Şahdağda qarın hündürlüyü iki santimetrə çatdı - FAKTİKİ HAVA

Xəbərlər 19 May 2024 11:16 Oxunub 200
Şahdağda qarın hündürlüyü iki santimetrə çatdı - FAKTİKİ HAVA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mayın 19-u saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Neftçalada 33 mm, Astara, Qobustanda 10 mm, Qaxda 6 mm, Qəbələdə 4 mm, Zaqatala, Şamaxı, Qrız, Şahdağda 3 mm, Cəfərxan, Balakən, Şəki, Qubada 2 mm, Astara, Göyçay, Kürdəmir, Biləsuvar, Lənkəran, Oğuzda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da və Aran rayonlarında 12 dərəcəyədək, dağlıq rayonlarda 3-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh