Bakıda qayda pozan sürücü “Prius”u vurub yol kənarına atdı - VİDEO

Qəzalar 6 May 2024 18:11 Oxunub 538
Bakıda qayda pozan sürücü “Prius”u vurub yol kənarına atdı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Maştağa-Buzovna yolunda qəza qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 5-i axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “KIA” markalı maşın, 77-CZ-418 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb “KIA” sürücünün əks istiqamətli yola çıxması olub. Nəticəd, həmin zolaqda hərəkətdə olan “Prius”a çırpılaraq onu yol kənarına atıb. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh