Səhv yerə quraşdırılmış nişan sürücüləri restoranın həyətinə yönəldir - VİDEO

Yol nişanları 6 May 2024 23:10 Oxunub 364
Səhv yerə quraşdırılmış nişan sürücüləri restoranın həyətinə yönəldir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda səhv yerə quraşdırılmış nişan sürücüləri çaş-baş salıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Mikayıl Əliyev küçəsilə Babək prospektinin kəsişməsindən gedir. Belə ki, yolayrıcından əvvəl quraşdırılmış sağa məcburedici nişan sürücüləri "Sərin" şadlıq sarayının parkinqinə dönməyə məcbur edir. Bu nişanın eynisi Babək prospekti ilə kəsişməyə də quraşdırılıb. Lakin birinci quraşdırılmış nişan məcbur edir ki, sürücülər yuxarıda qeyd etdiyimiz kimi, restoranın qarşısına dönsünlər. Anlaşılmazlığın aradan qaldırılması üçün birinci quraşdırılmış nişan oradan götürülməlidir.

Ümid edirik ki, aidiyyəti qurumlar tez bir zamanda məsələ ilə bağlı öz addımlarını atacaqlar.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh