Astarada sürət yarışı keçirib avtoxuliqanlıq edən sürücülər həbs edildi - FOTO - VİDEO

Yol polisi 26 Aprel 2024 10:09 Oxunub 296
Astarada sürət yarışı keçirib avtoxuliqanlıq edən sürücülər həbs edildi  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri “Toyota” markalı avtomobillərlə sürət yarışı keçirməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Mirəli Rəhimov və Nihad Abışov saxlanılıblar.

Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslər barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ bir il müddətində məhdudlaşdırılmaqla 25 sutka inzibati qaydada həbs ediliblər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh