Avtobusların öz zolağından kənarda hərəkət etməsinin cəriməsi varmı? - AÇIQLAMA

Yol polisi 26 Aprel 2024 13:02 Oxunub 518
Avtobusların öz zolağından kənarda hərəkət etməsinin cəriməsi varmı? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son vaxtlar Bakı şəhərində sərnişin avtobuslarının öz zolaqlarından kənarda hərəkət etməyə üstünlük verməsi müşahidə olunur.

Avtosfer.az xəbər verir ki, şəhərdə bir çox ərazilər var ki, onlar üçün nəzərdə tutulan sağ zolaq boş olduğu halda belə avtobus sürücüləri yolun solu ilə hərəkət etməyə üstünlük verirlər.

Bəs görəsən, avtobusların öz zolağından kənarda hərəkət etməsinin cəriməsi varmı? Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

Oxu.az-ın sorğusunu idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli cavablandırıb.

O, qeyd edib ki, avtobusun öz zolağından kənara çıxmasına görə, heç bir inzibati məsuliyyət nəzərdə tutulmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh