Polisin “saxla” əmrinə tabe olmayan motosiklet sürücüsü saxlanıldı - VİDEO - YENİLƏNİB

Yol polisi 26 Aprel 2024 12:00 Oxunub 518
Polisin “saxla” əmrinə tabe olmayan motosiklet sürücüsü saxlanıldı  - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bəzi sosial şəbəkə səhifələrində paytaxtın Nizami rayonunda metronun “Koroğlu” stansiyasının yaxınlığında dövlət qeydiyyat nişanı olmayan motosiklet sürücüsünün yol polisinə tabesizlik göstərərək qaçmasını özündə əks etdirən görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən görüntülərdəki motosikletin sürücüsü 22 yaşlı Tofiq Taleh oğlu Əliyev saxlanılıb.

Araşdırma zamanı onun idarə etdiyi motosikletlə kuryer xidməti adı altında paytaxt ərazisində narkotiklərin satışı və daşınması ilə məşğul olduğu müəyyən olunub. Bu səbəbdən T.Əliyev yol polisi ona “saxla” işarəsi verən zaman qaçmağa cəhd göstərib. Onun çantasına baxış zamanı külli miqdarda müxtəlif növdən olan narkotik vasitələr və psixotrop maddələr aşkarlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh