Yoldan tapdığı pul qabını sahibinə qaytardı: İtirən və tapan şəxslər DYP-də görüşdü - FOTO - VİDEO

Yol polisi 6 May 2024 10:37 Oxunub 19858
Yoldan tapdığı pul qabını sahibinə qaytardı: İtirən və tapan şəxslər DYP-də görüşdü - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şənbə günü Bakıdakı velosiped məktəblərinin birinin müəllimi olan Fuad bəy Avtosfer.az saytına müraciət edərək şagidlərinin pul kisəsi tapdığını və bunun sahibinə qaytarılmasında vasitəsi olmağı xahiş edib. Daxili İşlər Nazirliyi yanında İctima Şuranın üzvü, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyevə müraciət edib. 

Pul kisəsinin içərisində olan sürücülük vəsiqəsi vasitəsilə itirilmiş əşyanın sahibi tapılıb. Onların hər ikisi yol polisinə dəvət edilib. BDYPİ-də baş tutuan görüş zamanı pul kisəsi onu itirən xanıma qaytarılıb. Həyat yoldaşı ilə İdarəyə gələn xanım itmiş əşyanı tapan şəxsə, o cümlədən operativ reaksiyaya görə DYP rəhbərliyinə və Avtosfer.az saytına təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, bu cür hadisələr digərləri üçün də bir nümunə olmalı və xalqımızın belə nəcib adət-ənənəsi qorunub saxlanmalıdır.

Sonda isə İdarə tərəfindən Fuad müəllimə nümunəvi hərəkətinə görə müxtəlif hədiyyələr təqdim olunub.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh