“BYD” elektromobil bazarında “Tesla“nı taxtdan saldı

Avtodünya 28 Mart 2024 18:15 Oxunub 298
“BYD” elektromobil bazarında “Tesla“nı taxtdan saldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“BYD” 2023-cü ilin son rübündə xalis mənfəətin artdığını və “Tesla” şirkətini keçərək dünyanın ən böyük rüblük elektrik avtomobil satıcısı olduğunu bildirib.

Avtosfer.az xəbər verir ki, avtomobil istehsalçısı ilin son üç ayında xalis mənfəətini 19 faiz artıraraq 1,20 milyard dollara çatdırıb.

Gəlir 15 faiz artaraq 24,9 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti bütün il üçün 81 faiz artaraq 4,2 milyard dollara, ümumi gəlir isə 17 faizdən 20 faizə yüksəlib. “BYD”nin dördüncü rübdə satış həcmi  38 faiz artıb. Şirkət “Tesla”dan 80 min ədəd çox olan 526 mindən çox elektrikli avtomobil satıb.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh