Yollarımızda yeni tablo-radarlar - Qayda pozanların nömrəsini hamı görəcək - FOTO

Avtosfer Foto 10 May 2024 12:45 Oxunub 8620
Yollarımızda yeni tablo-radarlar - Qayda pozanların nömrəsini hamı görəcək - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Araşdırmalar göstərir ki, yol qəzalarının əksəriyyətinə yüksək sürət səbəb olur. Müxtəlif addımlar atılmasına baxmayaraq, yenə də sürət həddini aşanlar var və nəticə təəssüf ki, faciələrin artan sayında özünü göstərməkdədir. Bunun qarşısını almaq üçün dünyada tətbiq edilən müxtəlif texnologiyalar Azərbaycanda da mövcuddur. Avtosfer.az xəbər verir ki, artıq sürət həddini göstərən yeni radar sistemi, daha dəqiq desək, elektron tablo Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində quraşdırılıb. Bu cür radar sisteminin artıq bir çox ölkədə quraşdırıldığı və çox məhşur olduğu bildirilir.
Bəs bu cür elektron löhvələrin digər radarlardan fərqi nədir?
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, konkret sürət rejimi və aşılan sürət həddi göstərilirsə, sürücü əmin olmalıdır ki, artıq ona inzibati protokol yazılıb. Yəni elektron qərarı artıq hazırdır:

“Ən azından sürücü qaydanı pozduqdan bir və ya yarım saat sonra yox, əvvəlcədən xəbərdar olur ki, ona cərimə yazılıb. Yəni artıq o tabloda öz-özünü görəndə başa düşür ki, cərimələnib”.
Ekspert vurğulayır ki, bu, həm də ictimai qınaq, mənəvi təsirdir: “Sürücü öz maşınının nömrəsini tabloda görəndə biləcək ki, bunu başqaları da görür. Hər halda, vicdanlı adamlar belə şeydən utanmalıdır. Əgər sürücü özünü yığışdırıb, sürəti aşağı salıb yoluna davam edəcəksə, o zaman bu tablonun müsbət təsiri hiss ediləcək”.

Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal idarəsindən bildirilib ki, elektron tablonun quraşdırılmasında məqsəd sürət həddini aşan sürücülərin əvvəlcədən xəbərdar olunması və qaydalara əməl etməsidir. Yaxın günlərdə quraşdırılan lövhələr aktivləşdiriləcək. Bu cür lövhələrin digər ərazilərdə də quraşdırılması nəzərdə tutulub.

 

Namiq Musayev

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh