Avtomobilə şəffaf plyonka vuranlar CƏRİMLƏNƏ BİLƏR? - Ekspert danışdı - VİDEO

Avtosfer TV 13 May 2024 13:00 Oxunub 5018
Avtomobilə şəffaf plyonka vuranlar CƏRİMLƏNƏ BİLƏR? - Ekspert danışdı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nəqliyyat vasitələrinə örtük (pərdə, plyonka və ya jalüz) çəkilməsi “Yol Hərəkəti Haqqında” qanunun 1 saylı əlavəsiylə tənzimlənir. Qanuna əsasən, avtomobillərin ön qabaq və yan şüşələrinə örtüklərin çəkilməsinə icazə verilmir. Yalnız nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15 sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir. Lakin hələ də bu qaydaya riayət etməyən sürücülər kifayət qədərdir.
“Jetour Azerbaijan”nın dəstəyi ilə hazırlanmış videomaterialda Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı mövzuyla bağlı danışıb. O bildirib ki, sürücülərin bir qismi örtüklə (pərdə, plyonka və ya jalüz) bağlı səhvlərə yol verir: “Bəzi sürücülər avtomobilin şüşələrini cızılmadan yaxud hər hansı bir zədədən qorumaq üçün şəffaf plyonkalardan istifadə edirlər. “Yol Hərəkəti Haqqında” qanunun tələblərinə görə, avtomobilin yalnız sürücüdən arxada qalan şüşələrinə plyonka vurmaq olar. 
Qabaq yan şüşələr isə yalnız zavod istehsalı olduğu halda 25 fazi tündlənşdirilə bilər.” 
Elməddin Muradlı qeyd edib ki, sürücülərin əksəriyyəti təhlükəsizlik məqsədilə, yaxud xərcə düşməmək baxımından bu yola əl atırlar. “16 illik təcrübə əsaslanaraq deyə bilərəm ki, avtomobilimin şüşəsinin cızılması halıyla qarşılaşmamışam. Qəza zamanı avtomobilə zərbə dəyəndə plyonkanı da zədələyərək ön və arxa şüşələri çartladır. Sadəcə bəzi sürücülər düşünürlər ki, bu, təhlükədən və ya cızıqdan qorumaq üçündür. Əslində isə həmin sürücülər maşınlarının şüşələrini tündləşdirmək məqsədilə plyonka vurdururlar.
Ekspert, avtomobilinə örtük vuran sürücülərə tətbiq olunan cərimələrdən də danışıb: “Şəffaf plyonka dediyimiz örtüyü avtomobilimizə vurursunuzsa qanunun tələbini pozmuş olursunuz. Yəni, avtomobilə örtük vurulması ilə bağlı standart var və qoyulan tələbdən kənara çıxırsınızsa artıq inzibati məsuliyyət daşıyırsınız. Bu halda yol polisi sürücünün görünüş dairəsinin tündləşdiyini hiss edərək avtomobili saxlayır və kiçik toxunuşla plyonka vurulduğu üzə çıxır. Qanunda plyonka yalnız sürücüdən arxada qalan şüşələrə tətbiq edilə bilər cümləsi qeyd olunub. Əks halda sürücünü 150 manatlıq cərimə gözləyir. Ona görə də özünüzə əziyyət verib ikiqat ziyana düşməyin. Çünki plyonkanı şüşəyə vurdurmaq üçün həm pul xərcləyirsiniz, həm də 150 manatlıq cərimə ödəməli olursunuz”.

Nərmin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh