Lupalı led lampalar haqqında bunları bilməlisiniz - VİDEO 

Avtosfer TV 27 Mart 2024 10:29 Oxunub 754
Lupalı led lampalar haqqında bunları bilməlisiniz - VİDEO 
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lupalı led lampalar haqqında nələri bilmək lazımdır? Avtosfer.az xəbər verir ki, bu suala “AvtoFM” verlişində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cavab verib.

O, bildirib ki, hər bir maşının, xüsusən də Yaponiya istehsalı olan avtomobillərinin kodlaşması var: "Bu kodlara əsasən detallar da kodlaşdırılıb. Elə bir avtodetal mağazası yoxdur ki, sürücülərdən şəhadətnamə istəməsin. Orada koda əsasən konkret hansı detalın lazım olduğunu müəyyən edirlər. Yalnız bundan sonra detalı satırlar."

Araz Əsgərli qeyd edib ki, kimsə müxtəlif növdə detal istəyə bilər: "Çində elə şeylər istehsal edirlər ki, adam özü dəhşətə gəlir. Bu o demək deyil ki, bunların hər birini avtomobilə quraşdırmaq olar. Avtomobil istehsalçının müəyyən etdiyi, kodlar vasitəsilə satışı, alışı mümkün olan detallar ilə təmin edilməlidir". 
 

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh