Parkinqdə düzgün saxlamadıqda cərimə varmı? - VİDEO

Avtosfer TV 27 Mart 2024 12:00 Oxunub 2004
Parkinqdə düzgün saxlamadıqda cərimə varmı? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Parklanma yerində düzgün park etməməyə görə cərimə var?  Avtosfer.az xəbər verir ki, bu sualı “AvtoFM” verlişində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cavablayıb.
O bildirib ki, bu da dayanma-durma hallarının pozulması kimi qiymətləndirilir: "Belə hallarda sürücü üçün İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə əsasən 10 manat məbləğində cərimə nəzərdə tutulub. Avtomobilin parklama yerində necə parklanması üçün müvafiq lövhələr olur. Yəni, sürücü maşını saxlayarkən həmin lövhəyə diqqət etməlidir". 
Araz Əsgərli qeyd edib ki, sözügedən lövhələrdə avtomobilin paralel və ya perpendikulyar park edilməli olduğu qeyd olunur: "Sürücü buradan bilir ki, parklanma necə nəzərdə tutulub". 

Məhəbbət Tərlanoğlu

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh