Yolun hərəkət hissəsini “çayxana”ya çevirən taksi sürücüləri - DYP-dən AÇIQLAMA - VİDEO

Avtosfer TV 27 Mart 2024 17:20 Oxunub 5944
Yolun hərəkət hissəsini “çayxana”ya çevirən  taksi sürücüləri - DYP-dən AÇIQLAMA   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yasamal rayonu Abdulla Şaiq küçəsində kütləvi qayda pozan sürücülər görüntülənib.
İzləyici qarşılaşdığı xoşagəlməz mənzərəni videoya çəkərək Avtosfer.az-a göndərib. Videodan göründüyü kimi, yolun birinci və ikinci zolağı avtomobillər tərəfindən zəbt olunub. Şikayətçinin sözlərinə görə, taksi fəaliyyətiylə məşğul olan sürücülər günün müxtəlif saatlarında nəqliyyat vasitələrini ərazidə saxlayır. Belə ki, onlar fasilə zamanı yaxınlıqdakı köşkdən çay, kofe alaraq dəqiqələrlə zolaqları parkinq zonasına çevirirlər. Nəticədə qayda pozan sürücülər digər hərəkət iştirakçılarına əngəl törədirlər. Maneə ilə qarşılaşan sürücülər öz zolaqlarını dəyişmək məcburiyyətində qalırlar. Bu isə qəza riskinə səbəb olur. 
Məsələylə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a geniş açıqlama verib. O bildirib ki, qeyd edilən ərazidə dayanma və durma qaydalarını pozan sürücülər barəsində inzibati tənbeh tədbirləri həyata keçirilib. “Sürücülər nəzərə almalıdırlar ki, sözügedən qaydanı pozmaqla yolun buraxıcılıq qabiliyyətinin azalmasına, sıxlığın yaranmasına, eləcə də yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradırlar. Odur ki, sürücülərdən xahişimiz və tələbimiz ondan ibarətdir ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əks halda barələrində qanunamüvafiq tədbirlər görüləcək”.

Nərmin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh