Bakıda mübahisə yaradan rəngi pozulan zolaqlar - VİDEO

Gündəm 27 Aprel 2024 12:21 Oxunub 248
Bakıda mübahisə yaradan rəngi pozulan zolaqlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nişan var, zolaq isə yox...

Görüntülər paytaxtın Maştağa qəsəbəsindən, 108 nömrəli tam orta məktəbin qarşısındadır. Burada yolun hər iki tərəfində piyada keçidi nişanı olsa da, zolaq yoxdur.

Heybət Heybətov küçəsinin sakinləri deyirlər ki, ərazidə piyada zolağının olmaması xeyli çətinlik yaradır. Çünki sürücülər keçid olmadığını düşünərək piyadalara yol vermirlər. Xüsusən də azyaşlı məktəblilər üçün ciddi təhlükə yaranır.

Şagirdlər də piyada keçidinin olmaması ucbatından çətinlik çəkdiklərini bildiriblər.

Diqqətçəkən məqamlardan biri də məktəbin yaxınlığında avtobus dayanacağının olmamasıdır. Bu səbəbdən də qəsəbədaxili fəaliyyət göstərən və digər ərazilərdən gələn əksər marşrut avtobusları məktəbin qarşısında saxlayır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi və Yerüstü Nəqliyyat Agentliyindən mövqe bildirilib.

Ətraflı süjetdə.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh